DÇ-dən sonra bu arena söküləcək - FOTOLAR

13:21 23 Noyabr 2022

Qətərdə keçiriləcək dünya çempionatından sonra mundial üçün tikilən stadionlardan biri söküləcək. Sportarena.az xəbər verir ki, bu “974” arenasıdır.

Məhz turnir üçün tikilən bu stadion çempionat başa çatdıqdan sonra tarixə qovuşacaq.

Bu arena 974 nəqliyyat konteynerindən qurulub. Ümumilikdə tikintiyə 202 milyon dollar xərclənib. Arenanın bütün qruğuları konteynerlərdən ibarətdir.

Hətta, paltardəyişmə otağı, həkimlər otağı da konteynerlərin içində yerləşir.

İsti hava səbəbindən Qətərdəki bütün stadionlarda soyuduculardan istifadə olunsa da, “974” stadionunda kondisioner yoxdur. Səbəb isə arenanın körfəz sahilində yerləşməsi və axşamlar havaların sərin keçməsidir.

Ona görə də bu stadionda matçlar hamısı gecə saatlarında baş tutacaq. Arenada cəmi 7 qarşılaşma oynanılacaq.

“974” həm də Qətərin telefon kodudur.



Xəbər xətti