Daha bir futbolçu üçün dünya çempionatı bitdi

Sportarena.az      23 Noyabr 2022 , 16:16
Qətərdə keçirilən dünya çempionatı çərçivəsində baş tutan Argentina ilə oyunda zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Əl-Şəhraninin durumuna aydınlıq gəlib. 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.
 
Vəziyyəti ciddi olan oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Əl-Şəhraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.
 
Xatırladaq ki, yığmanın qapıçısı Məhəmməd Əl-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Əl-Şəhraninin üzünə zərbə endirib. Dizi əzilən qapıçı oyunu davam etdirsə də, komanda yoldaşı meydanı xərəkdə tərk edib. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin