Qavi Peledən sonra mundiallar tarixində qol vuran ən gənc futbolçudur

09:39 24 Noyabr 2022

İspaniyanın Kosta Rikanı 7:0 hesabı ilə məğlub etdiyi matç Qavi üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, 74-cü dəqiqədə fərqlənən 18 yaşlı yarımmüdafiəçi dünya çempionatında qol vuran üçüncü ən gənc futbolçu olub.

 

"Barselona"nın oyunçusu buna 18 yaş 110 günlüyündə nail olub. Gənc futbolçu bu göstəricidə yalnız Pele və Manuel Rosasdan geri qalır.

 

Qavi eyni zamanda adını İspaniya futbolunun tarixinə də yazdırıb. O, Fernando Torresi geridə qoyaraq yığmanın heyətində mundialda fərqlənən ən gənc oyunçu olub.  


Digər xəbərlər

Xəbər xətti