DÇ-2022: Tomas Dileyni üçün mundial başa çatdı

12:03 24 Noyabr 2022

Dünya çempionatının D qrupunda mübarizə aparan Danimarka millisi ciddi itki ilə üz-üzə qalıb.

Sportarena.az xəbər verir ki, danimarkalıların aparıcı üzvü Tomas Dileyni mundialda iştirakına davam edə bilməyəcək.

İlk turda Tunisə qarşı keçirilən görüşdə meydana çıxan və sol dizindən xəsarət aldığına görə, matçı vaxtından əvvəl tərk edən Tomas 4 həftə meydanlardan uzaq qalacaq.

Danimarka D qrupunda Fransa, Avstraliya və Tunislə mübarizə aparır. 


Digər xəbərlər

Xəbər xətti