"Nant"a "Qarabağ"la oyundakı hadisələrə görə verilən cəzada dəyişiklik edildi

Sportarena.az      29 Noyabr 2022 , 12:39

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının G qrupunun 5-ci turunun “Nant”- “Qarabağ” (2:1) matçında Fransa klubuna verdiyi cəzanın bir hissəsini ləğv edib.

Sportarena.az xəbər verir ki, “Nant” 42 min avroluq cərimə və klubun növbəti ev oyunu üçün tribunalardan birinin bağlanması ilə bağlı apellyasiya şikayəti etmişdi. 

Apellyasiya şikayəti qismən təmin edilib.

​Belə ki, tribuna bağlanmayacaq. Lakin “Nant” bu dəfə 50 min avro cərimə ödəməli olacaq.

​Eyni zamanda, sözügedən stadionun qismən bağlanması ilə bağlı kluba 2 il sınaq müddəti verilib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin