Şəhriyar Məmmədyarovdan 3 oyuna 3 qələbə

Sportarena.az      30 Noyabr 2022 , 01:42
Hindistanda Kəlküttə şəhərində şahmat üzrə “Tata Steel İndia” rapid turnirinə start verilib. Yarışda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov da iştirak edir.
 
Turnirin ilk günündə 3 oyun keçirən Şəhriyar hər üç qarşılaşmadan qalibiyyətlə ayrılıb. İlk oyununda qara fiqurlarla hindistanlı Qukeşə qalib gələn Məmmədyarov ikinci görüşündə onun həmyerlisi Sethuramanı ağ fiqurlarla udub. Günün son matçında amerikalı Uesli Sonu məğlub edən Azərbaycan qrossmeysteri 3 oyundan sonra 3 xalla turnir cədvəlinin lideridir.
 
Qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin