"Qalatasaray"dan ayrıldı, "Fatih Karagümrük"lə anlaşdı

Sportarena.az      30 Noyabr 2022 , 11:36
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Super Liqa təmsilçisi Əlcəzair millisinin sabiq yarımmüdafiəçisi Sofian Fequlini heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik 32 yaşlı vingerlə 1.5 illik müqavilə imzalanıb. Müqavilə 2023-cü ilin yanvar ayından etibarən qüvvəyə minəcək.
 
Fequli son olaraq “Qalatasaray”da çıxış edib. O, İstanbul klubundan bu ilin iyul ayında azad agent kimi ayrılmışdı. Təcrübəli vinger “Valensiya”, “Qrenobl”, “Vest Hem” və “Almeriya”nın da formasını geyinib. O, Əlcəzair yığmasında 76 oyuna 20 qol vurub. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin