"Qalatasaray"da ciddi itki

Sportarena.az      1 Dekabr 2022 , 09:12

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi sıradan çıxıb. Komandanın məşqi zamanı əzələsində ağrı hiss edən argentinalı forvard hazırlıq prosesini yarımçıq tərk edib.

 

Klubdan verilən açıqlamada 29 yaşlı futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyi bildirilib.

 

Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini mövsümün əvvəlində PSJ-dən icarəyə götürüb. Təcrübəli oyunçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 6 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin