Skaloni: "Biz Çempionatın favoriti deyilik"

Sportarena.az      1 Dekabr 2022 , 12:14

“Yaxşı oyun oynadıq və eyni məcrada davam etməliyik. "Polşa əks-hücumlarda yaxşı oynayan komandadır, amma buna imkan vermədik. Biz çempionatın favoriti deyilik, sadəcə titul uğrunda mübarizə aparacaq komandayıq. Bu gün qalib gəlməklə çempion olacağımızı düşünmək axmaqlıqdır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Argentina yığmasının məşqçisi Lionel Skaloni Polşa üzərində qazanılan qələbəni şərh edərkın deyib.

 

"Bu, mənə dəlilik kimi görsənir. Biz hazırda stadiondayıq, Avstraliya isə istirahət edir. Qrupda birinci olduğumuzu nəzərə alsaq, bu, çox az müddətdir. Daha çox dincələ bilərdik"- deyə o əlavə edib.

 

Qeyd edək ki, Argentina ilə Avstraliya 1/8 mərhələsi çərçivəsində dekabrın üçü Bakı vaxtı ilə saat 23:00-da üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin