Almaniya prezidenti milliyə dəstək verdi

Sportarena.az      2 Dekabr 2022 , 13:02

Almaniya prezidenti Frank-Valter Ştaynmayer DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazana bilməyən milli komandasına dəstək oldu.

 

Sportarena.az xəbər verir ki, ölkə başçısı DÇ-2022 haqqında danışıb:

 

“Əziz milli komanda, bizim üçün dünya çempionatı asan keçmədi. Əlbəttə, sizi alqışlamaq istərdik. Dərindən nəfəs almaq, bir az dincəlmək və yenidən enerji toplayaraq növbəti turnirə hazırlaşmağın vaxtıdır. Sizə uğurlar arzulayıram!”

 

Qeyd edək ki, Almaniya yığması yer aldığı E qrupunu 4 xalla üçüncü tamamlayıb. 

 

Qrupu lider bitirən Yaponiya  pley-off mərhələsində Xorvatiya ilə, ikinci tamamlayan İspaniya isə Mərakeşlə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin