"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin daha iki iştirakçısı məlum olub

13:27 2 Dekabr 2022

"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin daha iki iştirakçısı məlum olub.

 

Sportarena.az xəbər verir ki,  yarışda dünya çempionu Nodirbek Abdusattorov və üçqat Avropa çempionu Rauf Məmmədov da iştirak edənlər siyahısında yer alıb.

 

Bununla da artıq superturnirdə iştirak edəcək 10 iştirakçının 6-sı iştirakçısı bəlli olub.

 

Daha əvvəl yarışda Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport və hindistanlı Qukeş Dommaracunun mübarizə aparacaqları məlum olmuşdu.

 

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti