"Bunu bizə ağlayaraq dedi"...

Sportarena.az      2 Dekabr 2022 , 13:49

"Ağlayan çox oyunçu vardı. Bu bəziləri üçün sondu".

 

Sportarena.az xəbər verir ki, bunu Belçika millisinin hücumçusu Miçhi Batşuayi Xorvatiya ilə bərabərə qaldıqları oyun haqqında danışarkən deyib.

 

Hücumçu Belçika millisinin məşqçisi  Roberto Martinesin istefası haqqında da danışıb: "Bunu bizə ağlayaraq dedi. Hamımız məəttəl qalmışdıq".

 

"Dünya çempionatı yoldaşlıq oyunu deyil. Dünya Kuboku dörd ildən bir keçirilir. Böyük peşmanlıqların olması normaldır. İndi biz yenidən hərəkətə keçməli və diqqətimizi 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına yönəltməliyik",- oyunçu əlavə edib.

 

Qeyd edək ki, Belçika F qrupunu üçüncü bitirərək mundialla vidalaşdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin