Avropa Parlamentinin deputatı "Qarabağ" klubu haqqında paylaşım edib

15:24 2 Dekabr 2022

"Qarabağ" böyük potensiala malik və yaxşı təşkil olunmuş klubdur".

 

Sportarena.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Tomaş Poreba şəxsi tviter hesabındakı paylaşımda qeyd edib.

 

"Veçista" komandasının baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svieradın "köhlən atlar"da təcrübə keçməsinə yardımçı olan Poreba bunun üçün şad olduğunu bildirib.

 

Qeyd edək ki, mütəxəssislər noyabrın sonunda bir həftəlik Bakıya gəliblər.


Digər xəbərlər

Xəbər xətti