DÇ-2022: Qrup mərhələsinin bombardirlər siyahısı belədir

Sportarena.az      3 Dekabr 2022 , 11:21

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, mundialın qrup mərhələsinin bombardirlər siyahısı belədir.

 

DÇ-2022-nin qrup mərhələlərində ən çox qolu Fransanın ulduz oyunçusu Mbappe və İspaniyanın hücumçusu Morata vurub. Onların hər ikisi üç dəfə fərqlənməyi bacarıb.

 

Siyahını onlarla eyni sayda fərqlənməyi bacaran  Niderlandın gənc ulduzu Qakpo, İngiltərənin futbolçusu Raşfrd və Ekvador millisinin hücumçusu Valensiya davam etdirir.

 

Yuxarıda adı çəkilən oyunçuların komandalarından yalnız Enər Valensiyanın formasını geyindiyi Ekvador millisi mundialla vidalaşıb. Onlar A qrupunu üçüncü tamamlayıb.

 

Mundialın qrup mərhələlərində isə ən çox məhsuldar ötürməyə sahib oyunçu İngiltərənin forvardı Hari Keyndir. Onun üç asisti var.

 

Hari Keynin arxasından fransalı Teo Hernandeş, poruqaliyalı Bruno Fernadeş, İspaniyadan Jordi Alba, Xorvatiyadan İvan Perisiç, Serbiyadan Dusan Tadiç və Andriya Zivkoviç, Niderlanddan Davi Klasen gəlir. Onların hər birinin 2 məhsuldar ötürməsi var.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin