"Məğlubiyyətin səbəbkarı mənəm"- Tərlan Əhmədov

Sportarena.az      4 Dekabr 2022 , 17:43

"Məğlubiyyət xoş deyil. Bu gün ən ağır oyunlarımızdan biri olacaqdı. Futbolçulara bu haqda demişdim. Kubokda qalib gəldiyimiz rəqiblə oyunda arxayınçılıq ola bilərdi. Amma iki futbolçumuzun olmaması, oyun sxeminin pozulması ilə nəticələndi. Zamiq Əliyevlə Giorgi Kantariya oynamırdı. Demək olar ki, orta xətdə topa nəzarəti itirmişdik. Məğlubiyyət olub, bunu geri qaytara bilməyəcəyik. Hərdən enməlisən ki, yüksələ biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirik. Ancaq alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı mənəm".

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov  Premyer Liqasının 16-cı turunun "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Giorgi yox idi deyə, Ahmed Ayzayanın da oyununda eniş hiss edildi. Onlar birlikdə oynayanda, bir-birini tamamlayırlar. Oyun sxemi pozulmuşdu deyə, hücumda çoxluq yarada bilmirdik, hücuma çıxa bilmirdik. Bizim kimi komandaların bir oyunçudan asılı olması bu vəziyyətə gətirib çıxarır", - məşqçi əlavə edib

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin