"Formula 1": Könüllülər buradan qeydiyyatdan keçə bilər

12:42 5 Dekabr 2022

2023-cü ildə keçiriləcək Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilib.

 

Sportarena.az xəbər verir ki, yarışın təşkilatçılıq işlərinə ümumilikdə 1500 könüllünün cəlb olunması planlaşdırılır.

 

Proqrama seçilmək istəyən 16 yaşdan yuxarı namizədlərin xarici dil biliyi arzu olunandır. Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir şəxs insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, ofis əməliyyatları, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

 

Könüllü olmaq istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Qran Prisi 28 - 30 apreldə gerçəkləşəcək.


Digər xəbərlər

Xəbər xətti