Levandovski Peleni geridə qoydu

15:00 5 Dekabr 2022

Polşa millisinin futbolçusu Robert Levandovski yeni uğura imza atıb.

Sportarena.az xəbər verir ki, 34 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Fransaya 1:3 hesabı ilə uduzduqları oyunda nail olub.

90+9-cu dəqiqədə penaltidən fərqlənən forvard yığmadakı qollarının sayını 78-ə çatdırıb. Levandovski milli komandalarda vurulan qol sayında braziliyalı əfsanəvi hücumçu Peleni (77) keçib. O, hazırda iraqlı Husseyn Səidlə birlikdə 9-10-cu yerləri bölüşdürür.

Siyahıya 118 qolla Portuqaliya yığmasının futbolçusu Kristiano Ronaldo başçılıq edir. İran seçməsinin Azərbaycan əsilli sabiq oyunçusu Əli Daei (109 qol) ikinci, Argentina millisindən Lionel Messi 94 qolla üçüncü yerdədir. 


Xəbər xətti