Kriştiano Ronaldo "Əl-Nəsr"lə razılaşdı - SON DURUM

16:31 5 Dekabr 2022

Portuqaliyalı futbolçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə anlaşıb. Sportarena.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. “Əl-Nəsr” 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalayacaq.
 
Müqavilənin 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi deyilir.
 
Ronaldonun yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı bildirilir.
 
Ronaldonun son klubu “Mançester Yunayted” olub. 


Digər xəbərlər

Xəbər xətti