Super Liqa klubunda iki ayrılıq

17:15 5 Dekabr 2022

"Fatih Karagümrük" klubu Caner Erkin və Burak Bekaroğlu ilə yollarını ayırıb.

Sportarena.az Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki futbolçunun müqaviləsinə xitam verilib.

Erkin 2021-ci ilin sentyabrında "Fənərbaxça"dan ayrılaraq "Fatih Karagümrük"lə müqavilə imzalamışdı. O, bu mövsüm 12 matça 6 assist etmişdi.

34 yaşlı müdafiəçi "Manisaspor”, ÇSKA (Moskva), “Qalatasaray”, “Fənərbaxça”, “İnter” və “Beşiktaş”da oynayıb.  


Xəbər xətti