DÇ-2022: Yaponiya - Xorvatiya matçının ən yaxşısı seçildi

22:28 5 Dekabr 2022

DÇ-2022-nin 1/8 final mərhələsi çərçivəsində Xorvatiya və Yaponiya milliləri üz-üzə gəlib.

 

Sportarena.az xəbər verir ki, Xorvatiya millisi əsas və əlavə vaxtı 1:1 bitən matçda Yaponiya yığmasını penaltilər seriyasında məğlub etməyi bacarıb.

 

Mundialın penaltilərə gedən ilk matçının ən yaxşısı Xorvatiya millisinin qolkiperi Dominik Livakoviç seçilib.

 

Qolkiper penaltilər seriyasında qapısına təyin olunan 4 zərbənin üçünü xilas edib.


Xəbər xətti