"Tarix yazmaq üçün əla fürsətdir" - Murat Yakın

23:06 5 Dekabr 2022

"Statistika və keçmiş önəmli deyil. Portuqaliyanı məğlub edə biləcəyimizi sübut etmişik. Hamımız hazırıq.

 

Sportarena.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Murat Yakın deyib.

 

"Zədəli futbolçularımız sağalıb. Matçı səbrsizliklə gözləyirik. Çünki, tarix yazmaq üçün əla fürsətdir. İsveçrənin gücünü 1/8 finala yüksələrək göstərdik. Sözün düzü, azarkeşlərimizə daha bir matç izlətmək istəyirik. Penaltilər seriyasına hazırlaşmışıq, amma yalnız buna köklənməmişik. Lazım olsa, bütün komanda buna hazır olacaq", - məşqçi bildirib.


Digər xəbərlər

Xəbər xətti