Xorvatiya millisinin futbolçusu rekord təzələyib

Sportarena.az      6 Dekabr 2022 , 11:16

Xorvatiya millisinin futbolçusu İvan Perişiç Qətərdə keçirilən dünya çempionatında yeni nailiyyətlərə imza atıb.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı hücumçu 1/8 final mərhələsində Yaponiya ilə görüşdə qol vuraraq, Xorvatiyanın mundiallardakı bombardiri Davor Şukerin rekordunu təkrarlayıb.

 

Hazırda hər ikisinin aktivində dünya çempionatlarında 6 top var.

 

Perişiç, eyni zamanda, Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo və İsveçrə millisinin üzvü Cerdan Şakiri ilə birlikdə son 5 böyük turnirin hər birində fərqlənməyi bacaran üçüncü oyunçudur. Adıçəkilən futbolçuların hər biri AVRO-2016, AVRO-2020, DÇ-2014, DÇ-2018 və DÇ-2022-də rəqib qapılarına yol tapmağı bacarıb.

 

Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan oyunun penaltilər seriyasında Yaponiyanı 3:1 hesabı ilə məğlub edən Xorvatiya yığması DÇ-2022-nin 1/4 final mərhələsinə yüksəlib. Avropa təmsilçisi bu raundda dekabrın 9-da Braziliya ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin