Dani Alveş Roberto Karlosu geridə qoydu

Sportarena.az      6 Dekabr 2022 , 11:38

Dani Alveş Braziliya millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı müdafiəçi Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə matçda 126-cı dəfə “sambaçılar”ın formasını geyinib.

 

Cənubi Koreyaya 4:1 hesabı ilə qalib gəldikləri görüşün 63-cü dəqiqəsində komanda yoldaşı Eder Militaonu əvəzləyən Alveş keçmiş sol cinah müdafiəçisi Roberto Karlosu geridə qoyub. O, indi yalnız aktivində 142 matç olan Kafudan geri qalır.  .

 

Dani Alveş, həmçinin, Cənubi Koreya ilə görüşdə iştirak etməklə Braziliya millisinin tarixində mundialda meydana çıxan ən yaşlı futbolçu ünvanına yiyələnib. Bu göstəriciyə görə o, hazırkı komanda yoldaşı olan 38 yaşlı Tyaqo Silvanı qabaqlayıb.

 

Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Xorvatiya ilə üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin