“Leypsiq”də yeni müqavilə

09:39 7 Dekabr 2022

“Leypsiq” müdafiəçisi Məhəmməd Simakanla yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Fransadan olan 22 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

Simakan 2021-ci ilin iyul ayında Fransanın “Strasburq” klubundan “Leypsiq”ə transfer edilib. O, Bundesliqa təmsilçisinin heyətində 60 oyuna çıxıb, 4 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti