İlk matçında iki rekord qırdı

10:21 7 Dekabr 2022

Portuqaliya millisinin futbolçusu Qonsalu Ramos dünya çempionatları tarixində yeni nailiyyətlərə imza atıb.

 

Sportarena.az xəbər verir ki, 21 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində İsveçrəyə 6:1 hesabı ilə qalib gəldikləri oyunda müvəffəq olub.

 

DÇ-2022-də ilk het-trikin müəllifi olan forvard (21 yaş, 169 gün) 1962-ci ildə bunu bacaran macarıstanlı Florian Albertdən (20 yaş, 261 gün - Bolqarıstanla matç) sonra ən gənc ikinci oyunçu adına sahib çıxıb.

 

Ramos həmçinin almaniyalı Miroslav Klozenin (2002-ci il: Səudiyyə Ərəbistanı) ardından turnirdəki start heyətində meydana çıxdığı ilk görüşündə üç qol vuran futbolçudur.

 

Qeyd edək ki, Portuqaliya dekabrın 10-da 1/4 finalda Mərakeş kollektivi ilə üz-üzə gələcək


Xəbər xətti