"Bu nəticəyə görə üzr istəyirəm" - Murat Yakın

13:41 7 Dekabr 2022

“Bu gün uğur qazana bilmədik. Amma komandanı qınaya bilmərəm. Meydanda güclərinin 100 faizini ortaya qoydular. Konkret oyun planımız var idi. Amma biz bunu yerinə yetirə bilmədik. Etiraf etmək lazımdır ki, rəqib daha yaxşı oynadı. Bu nəticəyə görə üzr istəyirəm. Təəssüf ki, rəqib bütün səhvlərimizdən parlaq şəkildə istifadə etdi".

 

Sportarena.az xəbər verir ki, bunu İsveçrə yığmasının baş məşqçisi Murat Yakın DÇ-2022-nin 1/8 final mərhələsində Portuqaliyaya uduzduqları oyundan sonra deyib.

 

Məşqçi komandasının səhvlərdən nəticə çıxarmalı olduğunu deyib: "Komanda bunun öhdəsindən gəlməlidir. Əgər düzgün nəticə çıxara bilsək, o zaman daha da güclənəcəyik".


Xəbər xətti