"Mbappenin qarşısına qırmızı xalça sərməyəcəyəm" - Kayl Uoker

15:03 7 Dekabr 2022

 "Mbappe fantastik oyunçudur, əla formadadır. Bu gün o, dünyanın ən yaxşısı olmasa da, ən yaxşı oyunçularından biridir".

 

Sportarena.az xəbər verir ki, bunu İngiltərə millisinin  müdafiəçisi Kayl Uoker DÇ-2022-nin 1/4 finalında Fransa ilə oyun öncəsi rəqib komandanın hücumçusu Kilian Mbappe haqda deyib.

 

"Mən başa düşürəm ki, onu dayandırmalıyam. Bunu demək, etməkdən daha asandır. Amma özümü qiymətləndirmək istəmirəm. Onun qarşısına qırmızı xalça sərməyəcəyəm", - müdafiəçi deyib.

 

Qeyd edək ki, dekabrın 10-u keçiriləcək İngiltərə - Fransa görüşü  Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti