Ronaldo məşq etmək istəmir

Sportarena.az      7 Dekabr 2022 , 16:27

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin 1/8 final mərhələsində İsveçrə ilə oyundan (6:1) sonra ehtiyat oyunçularla məşq etməkdən imtina edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 

 

Bildirilib ki, Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş ehtiyat oyunçular üçün məşq təşkil edib. Görüşdə iştirak edən futbolçular isə zalda məşq ediblər. Ronaldo ehtiyat oyunçular arasında olmayıb, əsas oyunçularla qalıb. Futbolçunun heç bir diskomfort yaşamadığı və mükəmməl fiziki vəziyyətdə olduğu qeyd edilir.

 

Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeş yığması ilə qarşılaşacaq. Dekabrın 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin