Hazard yığma karyerasını bitirdi

Sportarena.az      7 Dekabr 2022 , 16:51

Eden Azar Belçika milli komandasındakı karyerasını bitirib.
 

Sportarena.az xəbər verir ki, bu barədə “Real”ın futbolçusu özü açıqlama verib. Ulduz futbolçu 31 yaşında yığma komanda ilə vidalaşıb.
 

Qeyd edək ki, Eden Azar 2008-ci ildən Belçika milli komandasında çıxış edirdi. Təcrübəli vinger “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 126 matçda 33 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.
 

Qeyd edək ki, Belçika yığması Avro-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Millimiz belçikalılarla ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin