Mahir Emreli "Dinamo"ya bu tarixdə qayıdacaq

20:39 - 7 Dekabr 2022 - Xarici

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.

 

Komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya seçmələrinə qarşı yoldaşlıq matçlarında iştirak edən forvarda əlavə istirahət verib.

 

Qeyd edək ki, Mahir Emreli bu ilin fevralından "Dinamo"da çıxış edir.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin