"Çempionlar Liqasını bəyənmirsinizsə, oynamayın" - Nasser Əl-Xəlaifi

21:03 7 Dekabr 2022

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Avropa Superliqasının yaradıcı klublarından danışıb.

 

Sportarena.az "Sky Sports"a istinadən xəbər verir ki, o, bu klubları tənqid edib:

 

“Çempionlar Liqasını olduğu kimi bəyənmirsiniz? Bu halda o turnirdə oynamayın, ancaq öz çempionatlarınızda iştirak edin. Bir şey xoşuma gəlmirsə, onu etmirəm. Bu, çox sadədir”.

 

Xatırladaq ki, 2021-ci ildə aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlamışdılar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. Lakin bir müddət əvvəl yenidən sözgedən klublar layihəni gündəmə gətiriblər.  Oktyabr ayında isə Bernd Reyxart Avropa Superliqasının baş direktoru təyin olunub.


Digər xəbərlər

Xəbər xətti