"Napoli" çempion olsa, xoşbəxt olacam" - Donnarumma

23:24 7 Dekabr 2022

“Milan”ın sabiq üzvü, PSJ-də çıxış edən Canluici Donnarumma “Napoli”nin İtaliya A Seriyasını qazanacağı təqdirdə xoşbəxt olacağını bildirib. 
 

Sportarena.az “Milan News”a istinadən xəbər verir ki, 23 yaşlı italiyalı məsələ haqda bunları deyib:


"Milana gələndən bəri Neapol sevgimlə bağlı bəzi şübhələr var idi, amma əslində mən oranı sevirəm. Bu mənim şəhərimdir və buna heç bir şübhə yoxdur. "Napoli" çempion olsa, çox xoşbəxt olacam".

23 yaşlı italiyalı Neapolda doğulub, daha sonra yerli futbol akademiyasında çıxış edib. “Napoli” qış fasiləsi ərəfəsində 15 matçdan sonra 33 xalla A Seriyasına başçılıq edir".


Digər xəbərlər

Xəbər xətti