"Fransanı yarımfinala çıxara bilsə, o zaman yekun qərarı mütləq özü verəcək"

23:55 7 Dekabr 2022

“Əgər cavab verməyimdə israr edirsinizsə, o zaman dürüst olacağam. Didyenin qalmasını istəyirəm. Əgər Fransanı yarımfinala çıxara bilsə, o zaman  yekun qərarı mütləq özü verəcək".

 

Sportarena.az  xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre millinin baş məşqçisi Didye Deşamın gələcəyi haqda danışarkən deyib.

 

 Noel Le Qre Zidanın Fransa millisinin yeni məşqçi olacağı iddialarına isə bu cavabı verib: Bəzilərinin dediyinin əksinə olaraq, mən həyatımda heç vaxt Zidanı düşünməmişəm.  Həm də ətrafımdan ona zəng edən də olmayıb. Mən bütün bunları bir dost kimi deyil, federasiyanın prezidenti kimi deyirəm”.

 

Xatırladaq ki, Deşamın rəhbərliyi altında Fransa DÇ-2018-in qalibi olub. Komanda DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti