Millilərimizin rəqibləri bəlli oldu

Sportarena.az      8 Dekabr 2022 , 00:52

17 və 19 yaşadək qadınlardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının 2022/2023-cü illər mövsümün ikinci mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacaq qrupları müəyyənləşib.

 

17 yaşadək futbolçulardan ibarət yığma B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro yığmaları ilə birlikdə 2-ci qrupda mübarizə aparacaq.

 

Bu qrupun oyunları gələn ilin 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.

 

B Liqasında çıxış edəcək U-19 isə üç komandalı 5-ci qrupda qərarlaşıb. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

 

Bu qrupun oyunları gələn ilin 5, 8, 11 aprel tarixlərində Slovakiyada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin