Formula 1: Azərbaycan Qran Prisində ilk dəfə sprint yarışı keçiriləcək

10:19 8 Dekabr 2022

"Formula 1" 2023-cü ildə Azərbaycan Qran Prisində ilk dəfə sprint yarışının keçiriləcəyini təsdiqləyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə yarışın rəsmi tviter hesabı məlumat yayıb.

 

Bakıdan başqa Avstriya, Belçika, Braziliya, ABŞ və Qətərdə də sprint yarışlarının baş tutacağı bildirilib.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə olacaq.


Digər xəbərlər

Xəbər xətti