"Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq” - "Formula 1" prezidenti

Sportarena.az      8 Dekabr 2022 , 11:13

"İnanıram ki, sprint formatı əsas tərəfdaşlarımıza, komandalara, yayımçılara və yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaq”.

 

Sportarena.az xəbər verir ki, bunu "Formula 1" prezidenti Stefano Domenikali 2023-cü ildə keçiriləcək sprint yarışları ilə bağlı danışarkən deyib.

 

57 yaşlı funksioner bu formatla bağlı son iki il ərzində azarkeşlərdən müsbət rəy aldıqlarını bildirib: "Növbəti mövsümdə altı sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik. Bu yarışlar üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaradır, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadır".

 

2023-cü il mövsümündə baş tutacaq Sprint yarışlarının təqvimi:

Azərbaycan Qran Prisi (28-30 aprel)
Avstriya Qran Prisi (30 iyun-2 iyul)
Belçika Qran Prisi (28-30 iyul)
Qətər Qran Prisi (6-8 oktyabr)
ABŞ Qran Prisi (20-22 oktyabr)
Braziliya Qran Prisi (3-5 noyabr)

 

Qeyd edək ki, Sprint yarışı cümə günü keçirilən sıralama turunun nəticələrinə əsasən, şənbə günləri baş tutur. Buna müvafiq olaraq, Bakıdakı yarış şənbə günü, aprelin 29-na təsadüf edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin