"Mourinyo futbolu dəyişdi" - Pelleqrini

11:56 8 Dekabr 2022

"Roma"nın kapitanı Lorenzo Pelleqrini klubun baş məşqçisi Joze Mourinyo haqda fikirlərini bölüşüb.

 

Sportarena.az Four Four Two"ya istinadən xəbər verir ki, futbolçu deyib:

 

"Mourinyo futbol tarixini yenidən yazan məşqçidir. O, idmanımızı dəyişdi və bu gün onun işi bizi əlavə güclə ruhlandırır. Qalib olmaq üçün hər şeyi edir. Mourinyonun rəhbərliyi altında bir il yarım işlədiyim müddətdə əvvəllər bilmədiyim bir şeyi hiss etdim. O, futbolçuları meydanda nəticə əldə etməyə kömək edən emosiyalarla doldurmağı bacarır”.

 

Qeyd edək ki, "Roma"  A seriyasının 15 turundan sonra hazırda 7-ci pillədə qərarlaşıb. Komanda ötən mövsüm Mourinyonun rəhbərliyi altında Konfrans Liqasının qalibi olub.


Xəbər xətti