İspaniya millisinin yeni məşqçisi müəyyənləşdi

19:18 8 Dekabr 2022

İspaniya millisinin baş məşqçisi Luis Enrike komandadan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, Luis Enrikeni  Luis de la Fuente əvəzləyib

 

Bu barədə məlumat İspaniya Futbol Federasiyasının rəsmi saytında yerləşdirilib.

 

61 yaşlı mütəxəssis daha əvvəl İspaniyanın U-21 yığmasına rəhbərlik edib.

 

Qeyd edək ki, İspaniya yığmasın bir neçə gün öncə dünya çempionatının 1/8 finalında Mərakeşə uduzaraq mundialda mübarizəni dayandırmışdı.


Digər xəbərlər

Xəbər xətti