"Qarabağ"ın qış fasilə planı bilinib

20:57 8 Dekabr 2022

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Qol.az"a məlumat verib.

 

O, komandanın yanvarın 4-dən 23-nə qədər Türkiyənin Antalya şəhəhərində təlim-məşq toplanışında olacağını deyib:

 

“Üç yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər isə Polşanın “Poqon” və “Rakov”, Serbiyanın “Çukariçki” klublarıdır” - deyə klub rəsmisi bildirib.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi dekabrın 25-də başlayacaq. Mövsümün ikinci hissəsi isə yanvarın 24-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti