Milli həndbol komandası Avropa çempionatına hazırlaşır

Sportarena.az      8 Dekabr 2022 , 17:52

Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb.

 

Sportarena.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb.

 

Məşqlər seçmə komandanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə həyata keçirilir.

 

Dekabrın 8-dən etibarən Gürcüstana yollanacaq millimiz növbəti təlim-məşq toplanışını qonşu ölkədə keçirəcək.

 

Dekabrın 16-dək davam edəcək hazırlıq çərçivəsində “Dostluq” turnirinin təşkili də nəzərdə tutulub.

 

Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya komandası ilə görüşəcək həndbollçularımız yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcəklər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin