“Qarabağ” bu cütün qalibidir” - Elmar Baxşıyev

Sportarena.az      8 Dekabr 2022 , 22:32

“Komandamız oyuna yaxşı köklənmişdi. Bunu məşq prosesində də hiss edirdim”.

 

Sportarena.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

 

42 yaşlı mütəxəssis matçdan zövq aldığını bildirib: "Dinamika yüksək səviyyədə idi. Kubokda az da olsa şansımız qalır. Oyun baxımından komandam mənə sürpriz elədi. Məğlub ola da bilərdik. Amma ümimum performansımız heç-heçəyə layiq idi. Bu gün baxımlı çıxış etdik”.

 

Çalışdırıcı görüşdə zədələnən müdafiəçi İlkin Qırtımovun durumunun ciddi olmadığını bildirib: “Sadəcə, risk eləmək istəmədik".

 

Baxşıyev cütün favoritinin “Qarabağ” olduğunu söyləyib: “Əgər şansımız varsa, sona kimi mübarizə aparmaq lazımdır. Yarımfinala adlamaq üçün əlimizdən gələni edəcəyik. Amma “Qarabağ” bu cütün qalibidir”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab matçı dekabrın 19-da keçiriləcək

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin