DÇ-2022: Xorvatiya və Argentina yarımfinalda - YENİLƏNİB

02:01 10 Dekabr 2022

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

 

Günün ilk matçında Braziliya millisi Xorvatiya ilə üz-üzə gəlib. "Edyukeyşn Siti" stadionunda oynanılan matçın əsas (0:0) və əlavə vaxtı (1:1) bərabərə qurtarıb. Penaltilər seriyasında Xorvatiya millisi Braziliyanı 2:4 hesabı ilə məğlub edərək ilk yarımfinalist olmağı bacarıb.

 

Günün digər oyunda isə Argentina və Niderland yığmaları qarşılaşıb. "Lusail" stadionunda oynanılacaq qarşılaşmada əsas vaxt (2:2) və əlavə vaxt (2:2) heç-heçə yekunlaşıb. Penaltilər seriyasında Argentina yığması Niderlandı (P- 3:4) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Xorvatiya 1:1 Braziliya (yekun)

Neymar 105 (0:1)

Petkoviç 117 (1:1)

Penaltilər seriyası (4:2)

 

Niderland 2:2 Argentina (yekun)

35' Nahuel Molina (0-1)

73' Leo Messi (penalti) (0-2)

83' Wout Weghorst (1-2)

90+11' Wout Weghorst (2-2)

Penaltilər seriyası (3:4)


Digər xəbərlər

Xəbər xətti