Komandamda həmişə Luis Enrike kimi insanlar olsun - Kales Puyol

10:14 9 Dekabr 2022

"Barselona"nın keçmiş kapitanı Karles Puyol dünya çempionatının 1/8 finalında Mərakeşə penaltilərlə uduzduqdan sonra İspaniya millisindən göndərilən Luis Enrikeyə dəstək olub.

 

Sportarena.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb: "Komandamda indi və həmişə Luis Enrike kimi insanların olmasını istəyirəm".

 

Xatırladaq ki, Enrike 2019-cu ildən İspaniya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/8 finalda Mərakeşə (əsas və əlavə vaxt - 0:0) penaltilər seriyasında 0:3 hesabı ilə uduzub.

 

Qeyd edək kii, Puyolla Enrike "Barselona"da 8 il (1996-2004) komanda yoldaşı olublar.


Digər xəbərlər

Xəbər xətti