Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

11:02 9 Dekabr 2022

17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının Avropa çempionatının seçmə mərhələsində keçirəcəkləri oyunların tarixləri açıqlanıb.

 

Sportarena.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 mübarizəyə 2023-cü il oktyabrın 21-də başlayacaq. U-19-un ilk matçı noyabrın 15-də gerçəkləşəcək.

 

U-17-nin oyunlarının təqvimi:

Sloveniya – Azərbaycan (21 oktyabr)

Serbiya – Azərbaycan (24 oktyabr)

Lüksemburq – Azərbaycan (27 oktyabr)

 

U-19-un oyunlarının təqvimi:

Bosniya və Herseqovina – Azərbaycan (15 noyabr)

Niderland – Azərbaycan (18 noyabr)

Azərbaycan – Lüksemburq (21 noyabr)


Digər xəbərlər

Xəbər xətti