"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

11:43 9 Dekabr 2022

Kişi voleybolçulardan ibarət "Xarı Bülbül Şuşa" və "Murov" komandaları yoldaşlıq oyununda üz-üzə gəliblər.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma Şuşa təmsilçisinin 3:0 (30:28, 25:19 və 25:14) hesablı qələbəsi ilə bitib.

 

Qeyd edək ki, "Xarı Bülbül Şuşa" cari mövsüm Azərbaycan çempionatında debüt edəcək. "Murov" isə Çağırış Kubokunda ölkəni təmsil edir


Digər xəbərlər

Xəbər xətti