Heydər Əliyevin xatirəsinə həsr edilən beynəlxalq tenis turniri başa çatıb

18:49 10 Dekabr 2022

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyilə keçirilən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirinin ikinci mərhələsi də yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, 67 tennisçinin yarışdığı turnirdə yerli idmançılardan Tamerlan Əzizov, Kənan Qasımov, Elvin Həşimov və Diana Yakovleva da mübarizə aparıb. Azərbaycan təmsilçilərinin, xüsusilə də Əzizovun əzmkar çıxışı diqqətlərdən yayınmayıb.

 

Bakı Tennis Akademiyasında keçirilən turnir eyni zamanda reytinq xarakteri daşıyıb. Burada qələbə qazanan idmançılar öz reytinq xallarını daha da yüksəldiblər.

 

Yarışda Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan olan idmançılar da iştirak ediblər.



Digər xəbərlər

Xəbər xətti