Azərbaycan kuboku: "Neftçi" 3:1 "Zirə" - VİDEO

23:16 20 Dekabr 2022

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

 

 

Sportarena.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub

 

 

Günün ilk oyununda "Turan Tovuz" "Kəpəz"i qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə bərabərə bitib. Bu nəticə ilə Tovuz təmsilçisi mərhələ adlayıb.

 

 

Digər matçda isə "Neftçi" və "Zirə" komandaları üz-üzə gəlib. "Bakcell Arena"dakı görüşdən "Neftçi" 3:1 hesabı ilə qalib ayrılaraq növbəti mərhələyə yüksəlib.

 

 

Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

 

 

Azərbaycan Kuboku

 

1/4 final, cavab oyunları

 

20 dekabr (çərşənbə axşamı)

 

"Neftçi" 3:1 "Zirə"

İlk oyun - 0:1


Digər xəbərlər

Xəbər xətti