Gernot Trauner Azərbaycanla oyunu buraxacaq

15:07 - 27 Dekabr 2022 - Milli

Avstriya millisinin futbolçusu Gernot Trauner 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri ilk tur oyununu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Niderland "Feyenoord"unda çıxış edən 30 yaşlı müdafiəçinin zədələnməsidir. Məşqdə dizindən xəsarət alan arxa xətt oyunçusu əməliyyat olunacaq və mövsümün ikinci yarısını buraxacaq.

 

Trauner "Feyenoord"un qış fasiləsinədək keçirdiyi 20 oyunun hamısında meydana çıxıb.

 

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin