"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

15:51 29 Dekabr 2022

Tennis üzrə "Avstraliya Açıq" turnirinin mükafat fondu 2023-cü ildə rekord həddə çatacaq.

 

Sportarena.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, ümumi məbləğ 76,5 milyon ABŞ dolları olacaq.

 

Bu, ötən illə müqayisədə 3,4 faiz çoxdur. Kişilər və qadınların fərdi mübarizəsində qalibə 2,975 milyon dollar veriləcək.

 

Kişi və qadınların cütlərində birinci yeri tutanlar 695 min dollar, qarışıq cütlərdəki tennisçilər 157 min dollar əldə edəcəklər.

 

Qeyd edək ki, "Avstraliya Açıq" 2023-cü il yanvarın 16-dan 29-dək Melburnda gerçəkləşəcək.


Digər xəbərlər

Xəbər xətti