“Azərbaycanda özümü çox yaxşı hiss edirəm” – De Byazi

11:34 4 Yanvar 2023

“Azərbaycanda özümü çox yaxşı hiss edirəm”.

 

Sportarena.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Albaniya yığmasının “sükanı arxasına” mümkün təyinatı haqda açıqlamasında deyib.

 

İtaliyalı məşqçi AFFA ilə bu ilin sonunadək nəzərdə tutulan müqaviləsinin olduğunu bildirib:

 

“Albaniya millisinin De Byaziyə ehtiyacı ola bilər. Amma o, hazırda məşğuldur (gülür)”.

 

De Byazi 2020-ci ilin yayından futbol üzrə Azərbaycan millisinə rəhbərlik edir.


Digər xəbərlər

Xəbər xətti